Ana Sayfa > Parlament > Atdan yıxılan 18 yaşlı oğlan ağır vəziyyətdə xəstəxanaya düşdü
Atdan yıxılan 18 yaşlı oğlan ağır vəziyyətdə xəstəxanaya düşdü17-09-2018, 15:27. Yazar: sevinc1 |
Tovuz rayonunda gənc oğlan atdan yıxılıb. Trend-in məlumatına görə, hadisə rayonun Həsənli kəndində baş verib. Kənd sakini, 2000-ci il təvəllüdlü Sadıqov Sahəddin Natiq oğlu kənd ərazisində at çaparkən yıxılıb. S.Sadıqov ağır kəllə-beyin travması ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyəti ağır sabit qiymətləndirilir. aia.az Geri dön |