Ana Sayfa > Karusel / Ölkə > Sürücülərin nəzərinə: Bu yollarda sıxlıq var

Sürücülərin nəzərinə: Bu yollarda sıxlıq var


17-09-2018, 08:50. Yazar: sevinc1
Sürücülərin nəzərinə: Bu yollarda sıxlıq var



Hazırda Bakının əksər yollarında avtomobil sıxlığı müşahidə edilir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, yeni dərs ilinin başlaması ilə əlaqədar yollardakı sıxlıq əvvəlki günlərə nisbətən çoxdur.

Hazırda Alfred Nobel prospekti (Süleyman Əhmədov küçəsi ilə kəsişmə), Binəqədi şossesi (şəhər istiqaməti), Koroğlu Rəhimov küçəsi, Tbilisi prospekti (mərkəz istiqaməti), Rəşid Behbudov küçəsi, "28 May” küçəsi, Hüseyn Cavid prospekti (20 nömrəli məktəb-lisey istiqaməti), Parlament prospekti (20 nömrəli məktəb-lisey istiqaməti), Həsənbəy Zərdabi prospekti (Qələbə dairəsi istiqaməti), Akademik Həsən Əliyev küçəsi ("ASAN Xidmət”in qarşısı), Qara Qarayev prospekti, Badamdar şossesi (mərkəz istiqaməti), Sabunçu-Zabrat yolunda (Heydər Əliyev prospekti istiqaməti) avtomobil sıxlığı var.

Üzeyir Hacıbəyov küçəsi, Zərifə Əliyeva küçəsi, Azadlıq prospekti, Heydər Əliyev prospekti (əsas yol mərkəz istiqaməti), Aeroport şossesində isə ("Koroğlu” metrosu istiqaməti) nisbətən sıxlıq müşahidə edilir.

aia.az
Geri dön