Ana Sayfa > Siyasət > Ərdoğan Türkiyə vətəndaşlarını milli valyutaya etibar etməyə çağırdı

Ərdoğan Türkiyə vətəndaşlarını milli valyutaya etibar etməyə çağırdı


14-09-2018, 15:32. Yazar: sevinc1
Ərdoğan Türkiyə vətəndaşlarını milli valyutaya etibar etməyə çağırdı


Türkiyə vətəndaşları və investorları Türkiyə lirəsinə etibar etməlidir.

Trend-in məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyədə özəl sektor lirə ilə möhtəkirliyə qarşı fəal mübarizə aparmalıdır:

“Özəl sahibkarlar istehsalı artırmalıdır, bu, ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək”.

R.T.Ərdoğan bildirib ki, 2019-ci ildə Türkiyə milli valyuta ilə bağlı problemi tam həll edəcək.

O əlavə edib ki, daşınmaz əmlak satışı və kirayəsi üzrə hesablaşmaları milli valyutaya keçirmək qərarı da iqtisadiyyata müsbət təsir göstərəcək.

Bundan başqa, Türkiyə Prezidenti Mərkəzi Bankın faiz dərəcəsini yüksəltmək qərarını da kəskin tənqid edib.
Geri dön