Ana Sayfa > Təhsil > Kolleclərə keçən abituriyentlərin qeydiyyatı başa çatır - XƏBƏRDARLIQ

Kolleclərə keçən abituriyentlərin qeydiyyatı başa çatır - XƏBƏRDARLIQ


12-09-2018, 09:10. Yazar: sevinc1
Kolleclərə keçən abituriyentlərin qeydiyyatı başa çatır - XƏBƏRDARLIQ


Ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə qəbul olunanlar bu gün saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olunduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

Dövlət İmtahan Mərkəzindən aia.az-a bildirilib ki, abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.





aia.az
Geri dön