Ana Sayfa > Manşet / Dünya > Rusiyada son 37 ilin ən irimiqyaslı hərbi təlimləri başladı - 300 min hərbçi, 36 min texnika...

Rusiyada son 37 ilin ən irimiqyaslı hərbi təlimləri başladı - 300 min hərbçi, 36 min texnika...


11-09-2018, 15:45. Yazar: sevinc1
Rusiyada son 37 ilin ən irimiqyaslı hərbi təlimləri başladı - 300 min hərbçi, 36 min texnika...


Bu gün 1981-ci ildən sonra Rusiya ərazisində indiyədək keçirilən ən irimiqyaslı hərbi təlimlərə start verilib.

BakuPost xarici mətbuata istinadən xəbər verir ki, 11-17 sentyabr tarixlərində keçiriləcək "Şərq-2018” təlimlərinə, 300 min hərbçi və 36 mindən çox yerüstü hərbi texnika cəlb olunub.

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, təlimlər Yaponiya ilə mübahisli Kuril adaları ərazisini əhatə edir.

Nazir vurğulayıb ki, manevrlərdə hərbi texnikalar - tanklar, zirehli nəqliyyat-döyüş maşını, piyadaların döyüş maşını - döyüş şəraitinə maksimuma yaxın şərtlərdə iştirak edəcək.

Bildirək ki, bu, Silahlı Qüvvələrin hazırlığının ən böyük tədbiri olacaq. Manevrlər beynəlxalq status alıb. Onun bir mərhələsində Monqolustan və Çin birləşmələri də iştirak edəcək.

Rusiya prezidenti Vladimir Putin "Şərq-2018” təlimlərinə qatılacaq.


aia.az
Geri dön