Ana Sayfa > Karusel / Siyasət > Məmmədyarovla Mnatsakanyan yenə görüşəcək

Məmmədyarovla Mnatsakanyan yenə görüşəcək


11-09-2018, 15:36. Yazar: sevinc1
Məmmədyarovla Mnatsakanyan yenə görüşəcək


Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında növbəti görüş olacaq.

BakuPost xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan bu gün keçirilən mətbuat konfransında söyləyib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqları davam etdirmək üçün Ermənistan və Azərbaycan XİN rəhbərləri görüşəcək. Zohrab Mnatsakanyan Elmar Məmmədyarovla bu görüşün keçirilməsini Brüsseldə qərarlaşdırdıqlarını söyləyib.

Görüşün yaxın vaxtlarda baş tutacağı ehtimal edilir.


aia.az
Geri dön