Ana Sayfa > Gündəm > Metropoliten yüksək bal toplayan 14 tələbəni mükafatlandırdı - FOTO

Metropoliten yüksək bal toplayan 14 tələbəni mükafatlandırdı - FOTO


10-09-2018, 15:38. Yazar: sevinc1
Metropoliten yüksək bal toplayan 14 tələbəni mükafatlandırdı - FOTO


2015-ci ildən başlayaraq, hər yeni dərs ili ərəfəsində Metropoliten İşçiləri Həmkarlar İttifaqı (MİHİ) metropolitençi ailələrinin yüksək balla (600 və daha çox) ali məktəblərə daxil olan övladları ilə təşkilatın idarə heyətində görüş keçirir.

“Bakı Metropoliteni”nin mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, görüşdə tələbə adını qazananların valideynləri də iştirak edib. Bu il metropolitençi ailələrindən ali məktəblərə qəbul imtahanlarında 600 və daha çox bal toplamış 12 gənc, həmçinin 5-ci qrup üzrə yüksək nəticə göstərmiş daha 2 abituriyent ölkənin müxtəlif ali məktəblərinin tələbə biletini alacaq.

Görüşdə çıxış edən MİHİ sədri Arif Mərdanov gəncləri, “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun və bütün metropolitençilər adından təbrik edib.

“Uzun illər zəhmət çəkmiş valideynlər üçün övladlarının bu gününü görmək əsl xoşbəxtlikdir. Sağ olun ki, bu əziyyətin əvəzini layiqincə verdiniz.. Ümid edirəm ki, ali təhsilinizi başa vurduqdan sonra yüksək ixtisaslı mütəxəssis kimi ölkəmizin çiçəklənməsinə öz töhfələrinizi verəcəksiniz. Bu sizin Vətən qarşısındakı borcunuz olacaq”.

MİHİ sədri 600 və daha yüksək balla tələbə adını qazanmış gənclərə təşkilatın mükafatlarını təqdim edib.

Çıxış edənlər “Bakı Metropoliteni” QSC-nin rəhbərliyinə və Metropoliten İşçiləri Həmkarlar İttifaqına təşəkkürlərini bildirib.

aia.az
Geri dön