Ana Sayfa > Siyasət > Paşinyan Putin görüşü başladı – Kremlin narazılığı hiss olunur

Paşinyan Putin görüşü başladı – Kremlin narazılığı hiss olunur


8-09-2018, 16:29. Yazar: sevinc1
Paşinyan Putin görüşü başladı – Kremlin narazılığı hiss olunur


Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya səfəri başlayıb.



Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, baş nazirin prezident Putinlə görüşünün əvvəli jurnalistlərin gözü qarşısında cərəyan edib.



Paşinyan iki ölkənin bir-birinin daxili işinə qarışmamasını önə çəkib.

“Ölkələrimiz arasında münasibətlər maraq və suverenliyin qarşılıqlı hörməti əsasında formalaşıb. Bu fonda ölkələrin bir-birinin daxili işinə qarışmamasının vacibliyini də qeyd etmək istərdim”.



Eyni zamanda, hökumət başçısı hərbi-texniki və iqtisadi sahədə potensialdan tam istifadə olunmamasında gileylənib.

Danışıqlar zamanı Putinin Paşinyandan narazı qalması rusiyalı jurnalistlərin diqqətindən yayınmayıb.

aia.az
Geri dön