Ana Sayfa > Ölkə > Sabahın hava PROQNOZU açıqlandı

Sabahın hava PROQNOZU açıqlandı


8-09-2018, 13:22. Yazar: sevinc1
Sabahın hava PROQNOZU açıqlandı


Azərbaycanda sentyabrın 9-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən aia.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-22°, gündüz 26-30° isti olacaq.

Abşeronun şimal çimərliklərində-Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun temperaturu 24-25°, cənub çimərliklərində-Türkan, Hövsan, Sahil və Şıxda isə 25-26° isti olacağı ehtimal edilir.

Çimərliklərdə şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir.


Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 30-35° isti olacağı proqnozlaşdırılır.


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 17-22° isti olacağı bildirilir .


Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 16-21°, gündüz 26-31° isti olacaq.


Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə13-18°, gündüz 24-29° isti, dağlarda gecə 9-14°, gündüz 16-21° isti olacağı ehtimal edilir.


Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 29-34° isti olacağı proqnozlaşdırılır.


Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 19-22°, gündüz 28-33° isti, dağlarda gecə 12-17°, gündüz 23-28° isti olacağı bildirilir.

aia.az
Geri dön