Ana Sayfa > Karusel / Cəmiyyət > Ötən günün kriminal STATİSTİKASI: 38 nəfər saxlanıldı

Ötən günün kriminal STATİSTİKASI: 38 nəfər saxlanıldı


8-09-2018, 13:05. Yazar: sevinc1
Ötən günün kriminal STATİSTİKASI: 38 nəfər saxlanıldı


Sentyabrın 7-dən 8-dək daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.





Daxili İşlər Nazirliyindən aia.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 116 cinayət faktı qeydə alınıb, onların da 26-sı “isti izlər”lə açılıb.



Əvvəlki dövrlərdən bağlı qalmış 25 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə, ümumilikdə, 24 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.



Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.



Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.



Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.



aia.az
Geri dön