Ana Sayfa > Gündəm > Gəncənin icra başçısı Niyazi Bayramov partiya fəalları ilə görüşüb - FOTO

Gəncənin icra başçısı Niyazi Bayramov partiya fəalları ilə görüşüb - FOTO


7-09-2018, 16:28. Yazar: sevinc1
Gəncənin icra başçısı Niyazi Bayramov partiya fəalları ilə görüşüb - FOTO


Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov YAP Gəncə şəhər təşkilatının məsul işçiləri və partiya fəalları ilə görüşüb.

Modern.az xəbər verir ki, YAP Gəncə şəhər təşkilatının Qərargahında keçirilən görüşdə çıxış edən şəhər başçısı bildirib ki, ulu öndər Heydər Əliyevin qurucusu olduğu, zəngin siyasi və dövlətçilik təcrübəsinə söykənən Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, ən monolit siyasi təşkilatdır. Niyazi Bayramov qeyd edib ki, ictimai nüfuzuna görə Yeni Azərbaycan Partiyası ilə müqayisə edilə biləcək digər partiya mövcud deyil.

Təşkilatın sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev YAP Gəncə şəhər təşkilatının fəaliyyəti dövründə topladığı mütərəqqi iş təcrübəsindən danışıb. Üzvlərinin sayını 41 minə çatdığını bildirən Naqif Həmzəyev təşkilatın ötən müddət ərzində siyasi və ideoloji cəhətdən daha da mətinləşərək, yeni iş təcrübəsi ilə zənginləşdiyini qeyd edib.

AMEA Gəncə bölməsinin akademik katibi Fuad Əliyev, YAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Pərvin Kərimzadə, partiya fəallarından Hüseyn Budaqov, Teymur Əliyev və başqaları çıxış edərək, Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, sıralarının kəmiyyət və keyfiyyət baxımından zənginləşməsindən bəhs ediblər.

aia.az
Geri dön