Ana Sayfa > Gündəm > Bakıda 45 avtobus dayanacağı quraşdırılır

Bakıda 45 avtobus dayanacağı quraşdırılır


7-09-2018, 15:31. Yazar: sevinc1
Bakıda 45 avtobus dayanacağı quraşdırılır

Bakıda sərnişinlərin müntəzəm marşrut xətt avtobuslarından rahat və təhlükəsiz istifadəsi üçün zəruri infrastrukturun təşkili işləri davam edir.

Bakı Nəqliyyat Agentliyindən (BNA) aia.az-a verilən məlumata görə, 45 ünvanda Azərbaycan dövlət tikinti normaları nəzərə alınaraq, “cib” tipli dayanacaq məntəqəsinin təşkilinə başlanılıb.


Nəzərdə tutulan ünvanlar vətəndaş müraciətləri və Bakı Nəqliyyat Agentliyi mütəxəssislərinin apardığı təhlillər əsasında müəyyən edilib.

Qeyd edək ki, işlərə ilk olaraq Yeni Salyan yolu 22 ünvanında jurnalistlər üçün yeni salınan yaşayış kompleksinin qarşısında və yolun əks tərəfində start verilib.



aia.az
Geri dön