Ana Sayfa > Manşet / İqtisadiyyat > Nazir Azərbaycanın xarici borclarından danışdı: “Borcu olmayan dövlət yoxdur”
Nazir Azərbaycanın xarici borclarından danışdı: “Borcu olmayan dövlət yoxdur”7-09-2018, 11:25. Yazar: sevinc1 |
Borc sazişləri üzrə alınan məbləğlər tam istifadə edilməyib. Modern.azxəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov jurnalistlərə müsahibəsində deyib. Nazir bildirib ki, imzalanan borc sazişləri üzrə məbləğlərin istifadə olunması düşünülür. Bu məbləğlər konkret layihələr üçün nəzərdə tutulub: “Xarici borcların qaytarılmasında dövlətin marağı prosesin limit çərçivəsində olmasıdır. Dünyada borcu olmayan dövlət demək olar ki, yoxdur. Onların ya daxili, ya xarici, yaxud da hər ikisinin kombinasiyasından ibarət borcu var. Bu istiqamətdə ölkə başçısı tərəfindən uzunmüddətli borcun idarəedilməsi strategiyası təsdiq olunub. Burada əsas hədəflər göstərilib və strategiyaya da uyğun işlər aparılacaq”. S.Şərifov deyib ki,Cənub Qaz Dəhlizinin maliyyələşdirilməsində dövlətzəmanətli kredit cəlb olunacaq. “Bu zaman dövlət öz üzərinə müəyyən şərti öhdəlik götürür ki, bu da borcların atmasına səbəb olur. Ancaq əsas məqam ondan ibarətdir ki, biz hər il alınan borcları bağlayırıq, nəinki onların sayı artır”, - deyə nazir qeyd edib. aia.az Geri dön |