Ana Sayfa > Manşet / Ölkə / Seçilənlər-5 > Hacıqabul – uğurların sayı artır
Hacıqabul – uğurların sayı artır7-09-2018, 10:43. Yazar: sevinc1 |
2018-ci ilin birinci yarısında rayonda görülmüş işlər, həyata keçirilmiş tədbirlər nəticəsində sosial-iqtisadi göstəricilər xeyli yüksəlmişdir Bu gün Azərbaycanda dövlət tərəfindən uğurla həyata keçirilən və birbaşa Ölkə Prezidenti cənab İlham Əliyevin daima öz diqqətində saxladığı iqtisadi islahatlar regionlarımızın sürətli inkişaf yoluna çıxmasını təmin etmişdir. Bu baxımdan hazırda dinamik inkişafı ilə diqqəti cəlb edən bölgələrimizdən biri də Hacıqabul rayonudur. Qeyd etmək lazımdır ki, rayonun İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun rəhbərliyi altında “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda qarşıya qoyulan məqsədlərin reallaşması, nəzərdə tutulmuş layihələrin icra edilməsi istiqamətində son illər Hacıqabulda da bir sıra mühüm işlər görülmüşdür. Aqrar sahənin inkişafı prioritet istiqamətdir Məlum olduğu kimi, Hacıqabul rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayonda aqrar islahatların uğurla həyata keçirilməsi kənd təsərrüfatının çoxsahəli inkişaf etdirilməsinə, bu sahədə qazanılan uğurları ilbəil artırmağa zəmin yaradır. Statistik məlumatlara görə, rayonda bu ilin məhsulu üçün 43011,0 hektar taxıl əkilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 28602 hektar çoxdur. Həmçinin rayon üzrə 2018-ci ilin birinci yarısında 3186 ton tərəvəz, 1761 ton bostan, 2188 ton meyvə, 495 ton kartof istehsal olunmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bostan məhsulları istehsalı 321 ton, meyvə istehsalı 3 ton, kartof istehsalı 3 ton çox olmuşdur. Qeyd etmək lazımdır ki, bu il rayonda heyvandarlıq məhsulları istehsalında da artım qeydə alınmışdır. Belə ki, cari ilin birinci yarısında süd istehsalı 25 ton artaraq 9869 tona, yun istehsalı 1 ton artaraq 229 tona çatmış, yumurta istehsalı 143.812 min ədəd olmuşdur. Rayon üzrə iribuynuzlu heyvanların baş sayı 477 baş artaraq 39037 başa, xırda buynuzluların sayı isə 990 baş artaraq 137358 başa çatmışdır. İlin ilk altı ayıərzində diri çəkidə 4439 ton ət istehsal edilmişdir. Pambıqçılığın inkişafı xüsusi diqqət mərkəzindədir Xüsusilə diqqəti çəkən daha bir məqam budur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatının daha da inkişaf etdirilməsi məqsədilə verdiyi tapşırıq və tövsiyələrin, qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi, pambıq istehsalının artırılması, baramaçılığın inkişafı, yeni aqroparkların salınması istiqamətində Hacıqabulda bir sıra işlər görülmüş və bu işlər hal-hazırda da davam etdirilməkdədir. Cari ildə rayonda 1300,0 ha sahədə pambıq əkilmişdir ki, bu da keçən ilin pambıq əkinindən 96,1 ha çoxdur. Pambıq əkini ilə bağlı istehsalçılar ilə “Hacıqabul Kənd Təsərrüfatı MMC” arasında xam pambığın istehsalı və alqı-satqısına dair müqavilələr bağlanmışdır. Məqsəd əkiləcək pambıq sahələrinə yüksək qaydada aqrotexniki qulluq göstərməklə 2600 tondan çox pambıq əldə etməkdir. Kümçülərin barama istehsalına maraqları artır Rayonda baramaçılığın inkişafı da mühüm əhəmiyyət kəsb edən sahələrdən biridir. Bu məqsədlə ötən illərdə rayon ərazisində 38 000 ədəd tut (çəkil) ağacının əkilməsi həyata keçirilmişdir və cari ildə də bu iş davam etdiriləcəkdir. Bu ilin ilk yarısında rayonda 30 kümçü tərəfindən 1924,25 kq barama istehsal edilmişdir. Aqroparkların sayı artmaqdadır Rayonda aqroparkların yaradılması istiqamətində bir sıra işlər həyata keçirilmişdir. Hacıqabul rayonunun Padar qəsəbəsi ərazisində “Azərsun” Holding tərəfindən 1625 hektar sahədə iri aqropark yaradılmışdır. Bu aqroparkda infrastruktur yaradılmış, pivot suvarma sistemi quraşdırılmış, texnikalar alınmış, ofis, anbar, işçilər üçün yeməkxana, texnikalar üçün qaraj tikilmişdir. 490,0 ha buğda sahəsindən 4761,45 ton, 791,0 ha arpa sahəsindən 1938,0 ton məhsul əldə edilmiş, 117,0 ha sahədə şəkər çuğunduru əkilmişdir. 978,0 ha sahədə qarğıdalı, 20,0 ha sahədə soya əkilməsi həyata keçirilmişdir. Aqroparkda illik istehsal gücü 20,000 ton süd olan 2000 başlıq heyvandarlıq (iri buynuzlu mal-qara) kompleksində son tamamlama işləri həyata keçirilir, ilkin mərhələdə 496 baş cins iri buynuzlu mal qara gətirilmiş, mərhələlərlə heyvanların gətirilməsi davam etdirilir. Hacıqabul rayonunun Meyniman kəndində 1936 ha torpaq sahəsi olan ”Muğan Agro” MMC-yə məxsus aqroparkda infrastruktur yaradılmış, 2 ədəd mal damı, 1 ədəd yem anbarı, 4 ədəd qoyun damı, inzibati bina və digər yardımçı binalar tikilmişdir. Aqroparkın su, işıq və qaz təminatı mövcuddur. Aqroparkın nəzdində 1560 baş qoyunu olan ferma fəaliyyət göstərir. Bundan əlavə illik istehsal gücü 5000 ton süd olan 700 başlıq heyvandarlıq (iri buynuzlu mal-qara) kompleksi yaradılmışdır. Hacıqabul şəhəri simasını dəyişir Təqdirəlayiq haldır ki, cari ilin birinci yarısında Hacıqabul şəhərinin özündə də mühüm layihələr həyata keçirilib, tikinti-quraşdırma, abadlıq və yenidənqurma işləri davam etdirilib. Təhsil, səhiyyə və mədəniyyət ocaqlarında, məktəbəqədər təhsil müəssisələrində əsaslı təmir işləri aparılıb. Qeyd olunan dövrdə şəhərin Ə.Vahid, İ.Qayıbov, S.İ.Xətai, H.Həmidov, M.Əsədov küçələrində xeyli abadlıq və yenidənqurma işləri aparılmışdır. Babək küçəsində 2 yaşayış binasının fasadı yenidən işlənmiş, İ.Qayıbov küçəsində 1 binanın uçub-dağılmış yan fasadı yenidən bərpa edilmiş, M.Əsədov, İ.Qayıbov küçələri boyunca hasarlar, darvazalar, su çənləri rənglənmiş, üzlük ağlay daşları yonularaq ağardılmışdır. Şəhərdə ilk dəfə olaraq nümunəvi məhəllənin tikintisinə başlanılmışdır. Bü məqsədlə Ş.İ.Xətai küçəsində 6 yaşayış binasının əhatəsindəki ərazidə məhəllənin və mərasim zalının ttikintisinə başlanılmışdır. Ümumilikdə 6 ay ərzində abadlıq işlərinə 156124 manat vəsait xərclənmişdir. 9 yaşayış binasının dam örtüyü dəyişdirilmişdir, bu məqsədlə 153798 manat vəsait xərclənmişdir. Şəhərdə, rayonun qəsəbə və kəndlərində geniş vüsət almış yaşıllaşdırma kompaniyası çərçivəsində 4500 ədəd ağac və 3000 ədəd gül kollarının əkilməsi həyata keçirilmişdir. Yaşıllığın salınması və ona qulluq işləri rayon rəhbərliyi tərəfindən xüsusi diqqət mərkəzində saxlanılır. Ümumiyyətlə son zamanlar Hacıqabul rayonunda gedən abadlıq-quruculuq işlərinin nəticəsidir ki, şəhərn də siması xeyli dəyişib, gözəlləşib. Həyata keçirilən iri infrastruktur layihələri, yeni istifadəyə verilən mədəni-sosial obyektlər, yatırılan sərmayələr bu rayona dövlət qayğısının bariz nümunəsidir. aia.az Orxan Məmmədov Geri dön |