Ana Sayfa > Ölkə > Baş Nazirin kartofla bağlı qərarı - Qiymətlər qalxacaqmı?

Baş Nazirin kartofla bağlı qərarı - Qiymətlər qalxacaqmı?


6-09-2018, 16:48. Yazar: sevinc1
Baş Nazirin kartofla bağlı qərarı - Qiymətlər qalxacaqmı?


Dünəndən etibarən gündəmi Azərbaycanda kartofun bahalaşacağı ilə bağlı xəbərlər zəbt edib. Buna səbəb Nazirlər Kabinetinin ölkəyə idxal edilən kartofun gömrük rüsumunu 2 dəfə - 15 faizdən 30 faizə qaldırmasıdır.

Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri mətbuata açıqlamalarında verilən qərarın kartofun qiymətinə təsir etməyəcəyini açıqlayıblar. Rəsmi açıqlamalara görə, qərarın verilməsinin əsas səbəbi daxili bazarı qorumaqdır. Belə ki, ölkə üzrə 53 min hektar kartof əkilib və proqnozlara görə, 900 min ton məhsul istehsalı gözlənilir. Ölkədaxili tələbat tam ödənildiyindən xaricdən gətirilən kartofun həcmini azaltmaq üçün belə bir qərar verilib.

BakuPost məsələ ilə bağlı kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmlinin fikirlərini öyrənib. Ekspertin sözlərinə görə, Azərbaycanda adambaşına kartof istehlakının həcmi 124 kq-dır ki, bunun da 73 kiloqramı yerli bazar hesabına ödənilir.

V. Məhərrəmli nazirliyin əksinə olaraq, qiymətin həm xarici məhsulların qiymətini qaldıracağını, həm də yerli bazara təsir edəcəyini düşünür.

vahid mÉhÉrrÉmli ile ilgili görsel sonucu

"Ölkəyə gətirilən məhsulun rüsum dəyəri 2 dəfə artırılırsa, bu, həmin məhsulun qiymətini artıracaq. Çünki sahibkar daha çox xərc çəkirsə, o, xərci istehlakçıdan mütləq çıxarmalıdır. Buna görə də qiymət artımı qaçılmazdır. Azərbaycan özünün kartofa olan ehtiyacını ödəyə bilmir. Adambaşına olan istehlak həcmi 124 kq-dır. Amma Azərbaycanda 94 kq istehsal olunur. Bunun heç də hamısı istehlaka yönəlmir. Buraya toxumluq da daxildir, aşağı keyfiyyətli məhsul da. İstehsal olunan kartofun yalnız 73 kiloqramı istehlak üçündür. Bu, Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumatdır. Bu da illik normanın 58 faizi qədərdir. Yəni hər il adambaşına 20 kq kartof idxal olunur.

Deməli ölkəyə 20 faiz kartof idxal olunur ki, onun da rüsum haqqı 15-dən 30-a qaldırılıb. Bu da birmənalı olaraq idxal olunan kartofun qiymətini artıracaq”.

Bəs xarici məhsulun qiymətinin artması daxili bazara təsir edəcəkmi?

Yerli kartofun qiymətinin artacağını proqnozlaşdıran ekspert, Azərbaycanda bu məhsulun kifayət qədər baha olduğunu deyir: "Dünya ölkələri ilə müqayisədə ən baha kartof Azərbaycanda satılır. Elə ölkə yoxdur ki, oradan Azərbaycana kartof gətirilməsin. Niyə gətirilir? Çünki Azərbaycanda bahadır, digər ölkələrdə isə ucuz. Kim gedib baha alıb, gətirib burada ucuz satar?

Guya daxili istehsalı qoruyurlar, amma burada məqsəd büdcəyə pul yığmaqdan ibarətdir. Bu siyasət yalnız büdcə vəsaitlərini artırmağa xidmət edir”.


aia.az
Geri dön