Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > Bakıda 3 nəfər dəm qazından öldü

Bakıda 3 nəfər dəm qazından öldü


14-12-2015, 13:52. Yazar: admin
Bakıda 3 nəfər dəm qazından öldü
Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Aia.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 11-də Suraxanı rayonunun Bülbülə qəsəbəsində yaşayan Lalə Rzayeva evində dəm qazından zəhərlənərək ölüb.

Nazirliyin məlumatına görə, Bakıda daha 2 nəfər dəm qazından boğulub. Dekabrın 13-də paytaxtın Nizami rayonu ərazisində yaşayan Sevinc İbrahimova və Xətai rayonu ərazisində yaşayan Dövlətgəldi Qurbanov mənzillərində dəm qazından zəhərlənərək ölüb.

Hər 3 faktla əlaqədar araşdırmalar aparılır.
Geri dön