Ana Sayfa > Parlament / Aia TV / Karusel > Bakıda dayı bacısı oğlunu öldürdü

Bakıda dayı bacısı oğlunu öldürdü


14-12-2015, 10:57. Yazar: admin
Bakıda dayı bacısı oğlunu öldürdü

21 yaşlı oğlan anası ilə dayısının mübahisəsinin qurbanı olub

Bakıda dayısı bacısı oğlunu qətlə yetirib. Bakı şəhər prokurorunun köməkçisi Günel Əkbərlinin Aia.az-a verdiyi məlumata görə, hadisə bu gün saat 01 radələrində Lökbatan qəsəbəsində baş verib. Qəsəbə sakini 1994-cü il təvəllüdlü Zaur Novruzov bıçaq xəsarətləri ilə xəstəxanaya aparılarkən yolda ölüb.

Məlum olub ki, 21 yaşlı oğlanı dayısı Vahid Novruzov bıçaqlayıb. Hadisə ailə münaqişəsi zəminində baş verib.

Belə ki, Z.Novruzovun anası qardaşı ilə dalaşırmış və araya girən gənc oğlan dayısının bıçaq zərbələrinə tuş gəlib.


Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Geri dön