Ana Sayfa > İdman > Mariya Stadnik Polşada güləşəcək

Mariya Stadnik Polşada güləşəcək


5-09-2018, 14:35. Yazar: sevinc1
Mariya Stadnik Polşada güləşəcək


Sentyabrın 7-dən 9-dək Polşanın paytaxtı Varşavada Dünya Güləş Birliyinin (UWW) təqvim planına əsasən “Qran-pri” seriyasından olan “Poland Open” turniri keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından aia.az-a verilən məlumata görə, yarışda ölkəmizi qadınlardan ibarət yığmamızın kapitanı Mariya Stadnik (50 kq) təmsil edəcək. 3 qat olimpiya medalçısı, dünya və 7 qat Avropa çempionu şəxsi məşqçisi Andrey Stadnikin rəhbərliyi altında Varşavada güləşəcək.

aia.az
Geri dön