Ana Sayfa > İdman > Mourinyu həbsxanaya düşməyə razılaşdı
Mourinyu həbsxanaya düşməyə razılaşdı4-09-2018, 16:12. Yazar: sevinc1 |
İngiltərənin “Mançester Yunayted” klubunun portuqaliyalı baş məşqçisi Joze Mourinyu İspaniyanın vergi orqanları ilə danışıb və ödənilməmiş vergi səbəbindən həbsxana həyatı yaşamağa razılıq verib. aia.az xəbər verir ki, bununla bağlı “El Mundo” nəşri məlumat yayıb. Mourinyu Madrid “Real”ında işlədiyi müddətdə gəlirlərinin bir hissəsini ispan hökumətindən gizlədib. Məlumatlara görə, 2011-ci ildə portuqaliyalı 1,6 milyon avro, 2012-ci ildə isə 1,7 milyon avro məbləğində vergidən yayınıb. Mütəxəssis vergidən yayındığını etiraf edib. Joze Mourinyu 2010-2013-cü illərdə “Real”ın baş məşqçisi olub. O, Madrid klubu ilə birlikdə İspaniya çempionatının qızıl medalını, ölkə kubokunu və İspaniya Super Kubokunu qazanıb. aia.az Geri dön |