Ana Sayfa > Karusel / Gündəm > Müzakirələrə səbəb olan nağılla bağlı AÇIQLAMA

Müzakirələrə səbəb olan nağılla bağlı AÇIQLAMA


1-09-2018, 14:42. Yazar: sevinc1
Müzakirələrə səbəb olan nağılla bağlı AÇIQLAMA




"Nagillar.az adlı saytın və orada dərc olunan "Göy mıncıx" adlı nağılın "Kaspi" Mətbuat Yayım şirkətinə və onun rəhbərliyinə heç bir aidiyyatı yoxdur".

aia.az xəbər verir ki, bu barədə açıqlamanı Azadinform-a "Kaspi" Mətbuat Yayımın direktoru Süleyman Salmanov verib.



S.Salmanov bildirib ki, onlara da məlum olmayan səbəblərdən nagillar.az saytının qeydiyyat nömrəsində "Kaspi" Mətbuat Yayımın adı keçir: "Biz Yayım Şirkəti olaraq belə bir saytın qeydiyyatı ilə bağlı heç bir quruma müraciət etməmişik. Hazırda araşdırma aparırıq, bizim adımızdan istifadə edən şəxslər barədə qanun çərçivəsində ölçü götürülməsinə çalışacağıq".

aia.az
Geri dön