Ana Sayfa > Karusel / Parlament > 4 uşaq atası intihar etdi - Səbəbi heç kimə məlum deyil
4 uşaq atası intihar etdi - Səbəbi heç kimə məlum deyil1-09-2018, 13:28. Yazar: sevinc1 |
Biləsuvar rayonunda intihar hadisəsi baş verib. BakuPost xəbər verir ki, rayonun Çaylı kənd sakini, 1980-ci il təvəllüdlü Həmidov Mais Əlipənah oğlu özünü asaraq öldürüb. Məsələ ilə bağlı saytımıza danışan mərhumun qardaşı Elşən Həmidov bildirib ki, hadisə bu gün səhər saatlarında baş verib: "Rayonda beton kanalın yanındakı fermada çoban işləyirdi. Səhər gedib heyvanları açmağa, elə orada da özünü asıb”. Onun sözlərinə görə Maisin səhhətində və dolanışığında heç bir problem olmayıb: "Problemsiz, sakit adam idi. Nəyə görə belə addım atıb, bilmirik. Hamımız şokdayıq”. Mərhum ailəli imiş, 4 azyaşlı uşağı var. aia.az Geri dön |