Ana Sayfa > Siyasət / Aia TV / Karusel > Azərbaycan prezidenti keniyalı həmkarını təbrik etdi

Azərbaycan prezidenti keniyalı həmkarını təbrik etdi


13-12-2015, 10:52. Yazar: admin


“Sülh və tərəqqi arzulayıram”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Keniya Respublikasının Prezidenti Uhuru Kenyattaya təbrik məktubu ünvanlayıb.

Aia.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Keniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Keniya xalqına sülh və tərəqqi arzulayıram”.
Geri dön