Ana Sayfa > İqtisadiyyat > Azərbaycana xaricdən köçürülən pulun həcmi bəlli oldu

Azərbaycana xaricdən köçürülən pulun həcmi bəlli oldu


31-08-2018, 17:09. Yazar: sevinc1



2018-ci ilin altı ayında ölkəyə xaricdən pul köçürmələri 681 mln. dollar təşkil edib.

Mərkəzi Bankdan Oxu.Az-a verilən xəbərə görə, cari ilin üç ayında bu rəqəm 389,4 mln. dollar olub.

Bankdan bildirilir ki, Azərbaycana pul köçürmələri illik əsasda artıb. Belə ki, ötən ilin birinci yarısında 456 mln. dollar pul baratları daxil olmuşdu. Bu da 49,3% artım deməkdir:

“2018-ci ilin I yarımilliyində iqtisadi tərəfdaşımız olan ölkələrdə yaranmış vəziyyət qeyri-neft ixracı ilə yanaşı, ölkəyə daxil olan pul baratlarının dinamikasına da təsir edib”.

aia.az
Geri dön