Ana Sayfa > Manşet / Siyasət > Kreml təsdiqlədi: İlham Əliyev Putinlə Soçidə görüşəcək

Kreml təsdiqlədi: İlham Əliyev Putinlə Soçidə görüşəcək


31-08-2018, 14:23. Yazar: sevinc1
Kreml təsdiqlədi: İlham Əliyev Putinlə Soçidə görüşəcək


Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında sentyabrın 1-də Soçi şəhərində görüş keçiriləcək.

AzVision.azKremlin saytına istinadən xəbər verir ki, liderlər gündəlikdə olan bir sıra mühüm məsələlər daxil olmaqla, qarşılıqlı faydalı ticari-iqtisadi əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə edəcəklər.

Bundan əlavə, aktual beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Danışıqların yekununda bir sıra hökumətlərarası və qurumlararası sənədlərin imzalanması gözlənilir.

aia.az
Geri dön