Ana Sayfa > Gündəm > Sabahdan yeni şəxsiyyət vəsiqələri veriləcək - Köhnədən nə ilə fərqlənir?

Sabahdan yeni şəxsiyyət vəsiqələri veriləcək - Köhnədən nə ilə fərqlənir?


31-08-2018, 14:05. Yazar: sevinc1
Sabahdan yeni şəxsiyyət vəsiqələri veriləcək - Köhnədən nə ilə fərqlənir?



Sentyabrın 1-dən Azərbaycanda yeni nəsil elektron şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanır.

aia.az xəbər verir ki, yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərindən köhnə vəsiqələrdən daha təkmil olacaq. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı - çip yerləşdiriləcək. Bütün parametrlərə cavab verən, saxtalaşdırılmanın qarşısının alındığı, məlumatların elektronlaşdırıldığı yeni nəsil şəxsiyyət vəsiqələri üçün vətəndaşlar bütün ərazi polis orqanlarına və "ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

Şəxsiyyət vəsiqələrinin çapı isə Daxili İşlər Nazirliyinin 10 regional mərkəzində və iki "ASAN xidmət” mərkəzində həyata keçiriləcək.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası vətəndaşının biometrik göstəricilərini özündə əks etdirən bir nömrəli elektron şəxsiyyət vəsiqəsi avqustun 31-də Prezident İlham Əliyevə təqdim olunub.

aia.az
Geri dön