Ana Sayfa > Parlament / Şou-biznes / Aia TV / Karusel > Rusiyada faciə: 21 ruhi xəstə diri-diri yandı- YENİLƏNİB-2
Rusiyada faciə: 21 ruhi xəstə diri-diri yandı- YENİLƏNİB-213-12-2015, 09:22. Yazar: admin |
İki nəfərin axtarışları davam etdirilir Rusiyanın Voronej vilayətində psixonevroloji dispanserdə baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 21-ə çatıb. APA-nın məlumatına görə, bu barədə “TASS”a Rusiya FHN-nin Regional Mərkəzindən bildirilib. “Hazırda yanğın qurbanlarının sayı 21 nəfərdir”, deyə qurumun mətbuat mərkəzindən bildirilib. Məlumata görə, hazırda itkin düşmüş hesab edilən daha 2 nəfərin axtarışları davam etdirilir. Ölənlərin əksəriyyətinin, əsasən, yataq xəstəsi olduğu bildirilir. Yanğın zamanı tibbi personalın xəsarət almadığı qeyd olunur: “Tibbi personaldan 4 nəfər xilas olunub. Onlar 55 xəstənin binadan çıxarılmasına kömək ediblər”. Bundan əvvəl yanğın zamanı 9 nəfərin öldüyü bildirilmişdi. İlkin versiyaya görə, yanğına səbəb elektrik avadanlıqda nasazlıq olub. İnsidentlə əlaqədar Rusiya İstintaq Komitəsi araşdırmalara başlayıb. **** 07.10 Rusiyanın Voronej vilayətində psixonevroloji dispanserdə baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 9-a çatıb. APA-nın məlumatına görə, bu barədə “TASS”-a hadisə yerində yaradılan operativ qərargahdan bildirilib. “Hadisə yerində uçqunun altından daha iki nəfərin yanmış meyiti tapılıb. Beləliklə, yanğın qurbanlarının ümumi sayı 9-a çatıb”, deyə məlumatda bildirilir. Məlumata görə, hadisə nəticəsində daha 12 nəfər itkin düşmüş hesab edilir. Bundan əvvəl yanğın nəticəsində 7 nəfərin öldüyü bildirilmişdi. İlkin versiyaya görə, yanğına səbəb elektrik avadanlıqda nasazlıq olub. ***** 05.20 Rusiyanın Voronej vilayətində psixonevroloji internatda baş vermiş güclü yanğın nəticəsində 7 nəfər ölüb. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə Rusiya İstintaq Komitəsinin regional idarəsindən bildirilib. “Ölənlərin sayı yeddi nəfərə çatıb, 22 nəfər xəstəxanaya yerləşdirilib”, deyə qurumdan bildirilib. Məlumata görə, hazırda 3 nəfər reanimasiyaya yerləşdirilib, 17 nəfər itkin düşmüş hesab edilir. Binadan ümumilikdə 55 nəfər təxliyə olunub. Yanğın hazırda lokallaşdırılıb. İnsidentlə əlaqədar Rusiya İstintaq Komitəsi araşdırmalara başlayıb. Geri dön |