Ana Sayfa > Manşet / Cəmiyyət > Qızı zorlayıb boğdu, anasının isə başını kəsdi - Azərbaycanda dəhşətli hadisə

Qızı zorlayıb boğdu, anasının isə başını kəsdi - Azərbaycanda dəhşətli hadisə


30-08-2018, 16:36. Yazar: sevinc1
Qızı zorlayıb boğdu, anasının isə başını kəsdi - Azərbaycanda dəhşətli hadisə


Cəlilabad rayonu, Qarazəncir kəndində ana və qızı qətlə yetirilib.

aia.az-ın "Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, hadisə avqustun 29-u gecə saatlarında baş verib. 86 yaşlı Firuzə Əskərova və qızı 46 yaşlı Sənubər yaşadıqları evdə qətlə yetiriliblər.

Ana və qızını öldürməkdə şübhəli bilinən qonşuları, "Cıkma” ləqəbli Yaşar Bayramov saxlanılıb.

"Cıkma” uzun illər əvvəl mərhumun oğlu Qiyası bıçaqlayaraq yaralayıb. Qiyasın şikayəti ilə həbs edilərək azadlıqdan məhrum edilib. "Cıkma” isə həbsdən çıxdıqdan sonra Qıyası öldürəcəyini deyib. Lakin onun azadlığa çıxdığı gün Qiyas xəstəlikdən vəfat edib.

İlkin ehtimala görə, Yaşar Bayramov Qiyasın ailə üzvlərini qisas məqsədi ilə öldürüb.

Belə ki, o, Bakıda daş karxanasında işləyirmiş, iki gün əvvəl kəndə qayıdıb. Dünən isə mərhum Firuzə Əskərova ilə mübahisəsi yaranıb.

Axşam saatlarında onların evinə gedən Y.Bayramov S.Əskərovanı zorlayıb, sonra isə boğaraq öldürüb. F.Əskərovanın isə evin arxasında başını kəsib və tövləyə qədər sürüyərək aparıb. Qan izləri də yerdə qalıb. Onun başı kəsilmiş meyitini tövlədə qoyaraq çıxıb gedib.

S.Əskərova ailə həyatı qurmayıb. O anası ilə həmin evdə tək yaşayırmış.

Y.Bayramov 3 dəfə evli olub. Birinci arvadından 3 övladı dünyaya gəlib, 3-cü arvadı isə hazırda hamilədir.

aia.az
Geri dön