Ana Sayfa > Gündəm > “Bakmil” stansiyası açılır

“Bakmil” stansiyası açılır


30-08-2018, 15:53. Yazar: sevinc1
“Bakmil” stansiyası açılır


"Bakı Metropoliteni" QSC tərəfindən təmir işləri ilə əlaqədar "Bakmil" stansiyasına giriş-çıxışa qoyulmuş məhdudiyyət (iş günləri ərzində saat 8:20-dən 17:00-a qədər) avqust ayının 31-dənmüvəqqəti olaraq tətbiq edilməyəcək.

Bu barədə aia.az-a "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

O qeyd edib ki, təmir işlərinin xarakteri nəzərə alınaraq, yenidənqurma-bərpa işləri dayandırılmadan məhdudiyyətin müəyyən müddətə götürülməsi imkanı yaranıb:

"Sərnişinlərimizin marağı və təhlükəsizliyin təmin edilməsinin mümkünlüyü nəzərə alınaraq stansiyanın fəaliyyəti adi qaydada təmin ediləcək.

Yaxın günlər ərzində sərnişinlərimiz "Bakmil" stansiyasına və əksinə hərəkət edən qatarlardan, hərəkət qrafikinə uyğun olaraq, istifadə edə bilərlər”.

Qurum rəmisi deyib ki, məhdudiyyət bərpa olunacağı təqdirdə ictimaiyyətə məlumat veriləcək.



aia.az
Geri dön