Ana Sayfa > Siyasət > YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının tərkibi dəyişdirilib
YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının tərkibi dəyişdirilib29-08-2018, 16:53. Yazar: sevinc1 |
Prezident İlham Əliyev "YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli sərəncamında dəyişiklik edilməsi sərəncam imzalayıb. Dəyişikliyə əsasən, Milli Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir: "Komissiyanın sədri Azərbaycan Respublikasının xarici işlər naziri Komissiya sədrinin müavinləri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Azərbaycan Respublikası təhsil nazirinin müavini Komissiyanın üzvləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Azərbaycan Kitab Cəmiyyətinin sədri”. aia.az Geri dön |