Ana Sayfa > Manşet / Ölkə > "Ailələrin 99 faizi kənar müdaxilələrlə qurulur" - Komitə rəsmisi
"Ailələrin 99 faizi kənar müdaxilələrlə qurulur" - Komitə rəsmisi28-08-2018, 15:52. Yazar: sevinc1 |
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun və Ailə, Qadın və Uşaq Probıemləi üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Mənəvi dəyərlərin təbliği mərkəzi: Azərbaycan ailəsi" mövzusunda konfrans keçirilib. AzVision.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova bildirib ki, cəmiyyət olaraq problemi yaradan səbəblərlə yox nəticələrlə mübarizə aparırıq: "Sonda isə məhkəmələrə üz tuturuq. Ailə cəmiyyətin özəyidir, ailədə münasibətlər necədirsə, cəmiyyətdəki münasibətlər də elədir. Azərbaycanda bu gün ailələrin 99 faizi kənar müdaxilələrlə qurulur. Sevgi əsasında qurulmuş ailələrin sayı iş çox azdır. Ailələr kənar müdaxilə olmadan qurulmalıdır". aia.az Geri dön |