Ana Sayfa > Manşet / Siyasət > “ABŞ özünü kovboy kimi aparsa cavab verəcəyik” - Çavuşoğlu
“ABŞ özünü kovboy kimi aparsa cavab verəcəyik” - Çavuşoğlu28-08-2018, 15:51. Yazar: sevinc1 |
Türkiyənin Rusiya ilə münasibətləri ABŞ və Avropa İttifaqı ilə münasibətlərinə alternativ deyil. AzVision.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu Litvaya səfəri çərçivəsində keçirdiyi mətbuat konfransında belə deyib. “Biz bir tərəfin digərinə qarşı tətbiq etdiyi ədalətsiz sanksiyalarda iştirak etməyə məcbur deyilik. Bizim Rusiya ilə münasibətlərimiz ABŞ və Avropa İttifaqı ilə münasibətlərimizə alternativ deyil. Türkiyə balanslaşdırılmış siyasət yürüdür.” – deyə, Çavuşoğlu vurğulayıb. Türkiyəli nazir həmçinin, Ankaranın Rusiyadan S-400 raketdən müdafiə sistemlərini almasını da şərh edib. Bildirib ki, müdafiə sistemlərini ilk növbədə müttəfiqlərindən, xüsusən də ABŞ-dan almaq istəsələr də, buna nail ola bilmədilər. İndi isə Ankaranın təcili tələbatının ödənilməsi üçün S-400-lərin əldə olunması vacibdir. Çünki S-400 müdafiə sistemləri seçim yox, məcburi zərurətdir. Çavuğoğlu onu da əlavə edib ki, beşinci nəsil F-35 qırıcı təyyarələrini Ankaraya verməyəcəklərilə bağlı təhdidləri fonunda ABŞ Türkiyəyə “Patriot” sistemlərini təhvil verəcəklərinə dair zəmanət yoxdur: “Biz, F-35 layihəsi üzrə tərəfdaşıq. Amma əgər onlar kovboy filmlərindəki kimi “nə istəyirəm, onu da edirəm” prinsipi ilə hərəkət etsələr, biz də cavab verəcəyik.” aia.az Geri dön |