Ana Sayfa > Karusel / Cəmiyyət > Füzuli sakini həmyerlisini güllələyib

Füzuli sakini həmyerlisini güllələyib


28-08-2018, 15:20. Yazar: sevinc1
Füzuli sakini həmyerlisini güllələyib


Avqustun 26-da Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisindəki fermada, orada işləyən Musabəyli kənd sakini, əvvəllər məhkum olunmuş Əli Məmmədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə kənd sakini Tumas Musayevə xəsarət yetirib hadisə yerini tərk edib.
DİN-dən aia.az-a verilən xəbərə görə, T.Musayev xəstəxanaya aparılarkən yolda ölüb. Hadisə yerinə keçirilən baxış zamanı oradan müvafiq sənədləri olan “ИЖ-18” markalı ov tüfəngi götürülüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən Əli Məmmədov tutulub.


aia.az
Geri dön