Ana Sayfa > İdman > Merkel Özilin Almaniya millisindən getməsindən danışdı
Merkel Özilin Almaniya millisindən getməsindən danışdı27-08-2018, 17:10. Yazar: sevinc1 |
Almaniya kansleri Angela Merkel Məsut Özilin millidən getməsinə münasibət bildirib. Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, dövlət başçısı türk əsilli futbolçunun qərarı haqda bunları deyib: “Hər kəsin Özilin Rəcəb Tayyib Ərdoğanla fotosuna öz münasibəti var. İstər Özil olsun, istər də başqası, Almaniyadakı miqrantlardan kimsə cəmiyyətdəki pis davranışdan danışırsa, biz bu məsələni diqqətlə öyrənib, müzakirə etməliyik”. Qeyd edək ki, "Arsenal"ın yarımmüdafiəçisinin bu ilin may ayında Londonda digər türk əsilli futbolçular Cenk Tosun və İlkay Gündoğanla birgə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla şəkil çəkdirməsi alman azarkeşlər tərəfindən birmənalı qarşılanmamışdı və Özil təzyiqlərlə üzləşmişdi. DÇ-2018-dən sonra isə o, milli karyerasını başa vurduğunu açıqlamışdı. aia.az Geri dön |