Ana Sayfa > Gündəm > Mikayıl Cabbarov faciəvi şəkildə ölən alpinistin qardaşını İŞDƏN ÇIXARDI
Mikayıl Cabbarov faciəvi şəkildə ölən alpinistin qardaşını İŞDƏN ÇIXARDI27-08-2018, 16:26. Yazar: sevinc1 |
Vergilər naziri Mikayıl Cabbarov Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru Cəbrayılov Fərid Zəbiyulla oğlunu tutduğu vəzifəsindən azad edib. aia.az Unikal.org-a istinadən xəbər verir ki, Mikayıl Cabbarov bununla bağlı müvafiq əmr imzalayıb. Sözügedən vəzifənin icrasını isə nazir müavini İlkin Vəliyev müvəqqəti icra edir. Xəbəri Vergilər Nazirliyindən Unikal.org-a təsdiqləyiblər. İşdən çıxarılan Fərid Cəbrayılov sabiq Vergilər naziri Fazil Məmmədovun yaxın kadrı olub. Qeyd edək ki, Fərid Cəbrayılov faciəvi şəkildə həyatını itirən alpinist Fəridə Cəbrayılzadənin qardaşıdır. aia.az Geri dön |