Ana Sayfa > Siyasət > Siyavuş Novruzov: "Onun sayəsində bu gün Azərbaycan…"

Siyavuş Novruzov: "Onun sayəsində bu gün Azərbaycan…"


25-08-2018, 16:41. Yazar: sevinc1
Siyavuş Novruzov: "Onun sayəsində bu gün Azərbaycan…"


Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın genişmiqysalı ictimai, siyasi, sosial fəaliyyəti Azərbaycanın inkişafına böyük töhfələr verib.

aia.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov deyib. Millət vəkili bildirib ki, Mehriban xanım Əliyeva Azərbaycanın dövlətçilik ideya və maraqlarının müdafiəsində hər zaman mühüm rol oynayıb:

"Mehriban xanım Əliyeva millət vəkili kimi fəaliyyət göstərdiyi dövrdə çox yüksək etimad qazanıb. Birinci xanımın xüsusilə də Milli Məclisdə Amnistiya aktının qəbul olunması təşəbbüsü təqdirəlayiq addımdır”.

S.Novruzov bildirib ki, Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin təbliği, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafına da öz təhfəsini verib:

"Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban xanım Əliyeva Azərbaycanın sosial, mədəni həyatında mühüm rol oynamaqdadır. Fond Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rol oynayır. Mehriban xanım Əliyevanın fəaliyyəti və siyasəti bu gün beynəlxalq müstəvidə də olduqca təqdir edilir. Bu gün məhz onun yüksək təşkilatçılıq qabiliyyəti sayəsində Azərbaycan mədəniyyətinin dünya səviyyəsində təbliği dünyadakı nüfuzumuza müsbət təsirini göstərir”.



aia.az
Geri dön