Ana Sayfa > Karusel / Gündəm > Elmar Vəliyevin daha bir videosu yayıldı

Elmar Vəliyevin daha bir videosu yayıldı


25-08-2018, 13:20. Yazar: sevinc1
Elmar Vəliyevin daha bir videosu yayıldı




Gəncə Şəhər İcra Hakimiyyətinin sui-qəsdə məruz qalan başçısı Elmar Vəliyevin daha bir videosu yayılıb. Modern.az xəbər verir ki, Medicalpark xəstəxanasının İnstagram səhifəsində yayılan videoda Elmar Vəliyev onu əməliyyat etmiş türkiyəli həkim Prof. Dr. Türker Kılıçla birgə görüntülənib.

Qeyd edək ki, 2018-ci il iyulun 3-də, saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Cinayəti törətmiş 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulub tərksilah edilib.

aia.az


Geri dön