Ana Sayfa > Manşet / Ölkə > Astarada peyvənddən sonra heyvanların kütləvi tələfatının SƏBƏBİ
Astarada peyvənddən sonra heyvanların kütləvi tələfatının SƏBƏBİ25-08-2018, 13:11. Yazar: sevinc1 |
Astara rayonu Ərçivan kənd sakini Məmmədov Şaban Məmmədsəfa oğluna məxsus heyvandarlıq təsərrüfatında aparılmış dezinseksiya işlərindən sonra heyvanlar arasında kütləvi tələfat baş verib. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyinin (QTA) mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, hadisə ilə bağlı dərhal zəruri müalicə və baytarlıq-sanitariya tədbirlərinin görülməsi üçün Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Kənd Təsərrüfatı Nazirliyinə müraciət olunub. Və istifadə olunmuş preparatların tərkibi ilə bağlı müvafiq araşdırmalara başlanılıb. İlkin ehtimala görə iri buynuzlu heyvanlarda tələfatın əsas səbəbi aparılmış dezinseksiya zamanı preparatlardan düzgün istifadə olunmaması və təhlükəsizlik qaydalarının ciddi şəkildə pozulmasıdır. Hazırda araşdırma davam etdirilir, araşdırmanın nəticələri ilə bağlı ətraflı məlumat ictimaiyyətin diqqətinə çatdırılacaq. aia.az Geri dön |