Ana Sayfa > Karusel / Gündəm > Angela Merkel Azərbaycana gəldi

Angela Merkel Azərbaycana gəldi


25-08-2018, 13:03. Yazar: sevinc1
Angela Merkel Azərbaycana gəldi


Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkel avqustun 25-də Azərbaycan Respublikasına səfərə gəlib.

aia.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Almaniyanın Kansleri Angela Merkeli hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

aia.az
Geri dön