Ana Sayfa > Manşet / İdman > Qurban Qurbanov: "Artıq Avroliqa haqqında fikirləşməliyik"
Qurban Qurbanov: "Artıq Avroliqa haqqında fikirləşməliyik"15-08-2018, 10:32. Yazar: sevinc1 |
"Artıq Avroliqa haqqında fikirləşməliyik". Trend-in məlumatına görə, bunu Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında səfərdə Belarusun BATE klubu ilə 1:1 hesablı (ilk oyun 0:1) heç-heçə edərək turnirdə mübarizəni dayandıran "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib. Q.Qurbanov BATE klubunu növbəti mərhələyə vəsiqə qazanması münasibətilə təbrik edib: "Hər iki oyunda çox intizamlı komanda olduğunu göstərdilər. Futbolçularımdan razı qaldım, son ana qədər mübarizə apardılar. Hakimlik barədə heç vaxt danışmıram. Artıq bu oyunu unudub, Avroliqanın pley-off-u haqqında fikirləşməliyik". Qeyd edək ki, Ağdam təmsilçisi Avropa Liqasının pley-off mərhələsində "Şerif" (Moldova) - "Valür" (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq. aia.az Geri dön |