Ana Sayfa > Dünya > Ərdoğan: “Türkiyə ABŞ istehsalı olan elektron məhsulları boykot edəcək”
Ərdoğan: “Türkiyə ABŞ istehsalı olan elektron məhsulları boykot edəcək”14-08-2018, 14:24. Yazar: sevinc1 |
Türkiyə Amerika istehsalı olan elektron məhsulları boykot edəcək. Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada çıxışı zamanı deyib: "Daha çox istehsal , daha çox ixrac edəcəyik. Onlarda iPhone varsa, digər tərəfdə "Samsung" , “Vestel”, “Venus” da mövcuddur. Biz özümüzə bəsik”. Ərdoğan qeyd edib ki, Amerika iqtisadi cəhətdən yalnız Türkiyəyə deyil, Çin, Rusiya, İran və Avropaya da hücum edir: “Hətta bu hücumlar Kanadaya da yönəlib. Ancaq bizə qarşı bir əməliyyat başlayıb. Biz Amerika elektronikasını boykot edəcəyik” aia.az Geri dön |