Ana Sayfa > Karusel / Ölkə > FHN və DİN Balakəndə itkin düşən şəxsin axtarışlarını aparır

FHN və DİN Balakəndə itkin düşən şəxsin axtarışlarını aparır


14-08-2018, 14:17. Yazar: sevinc1
FHN və DİN Balakəndə itkin düşən şəxsin axtarışlarını aparır


Balakən rayonunun İtitala kəndi ərazisində naməlum şəraitdə itkin düşmüş 1950-ci il təvəllüdlü Ramazanov Süleyman Müslüm oğlunun axtarışları davam etdirilir.



Fövqəladə Hallar Nazirliyindən aia.az-a verilən məlumata görə, S.Ramazanovun itkin düşdüyü ehtimal olunan əraziyə yaxın su hövzələrində Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən axtarışlar aparılır.



Eyni zamanda Daxili İşlər Nazirliyinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər çayətrafı və ora yaxın ərazilərdə axtarışlar həyata keçirirlər.



Əlavə məlumat veriləcək.​



aia.az
Geri dön