Ana Sayfa > Parlament / Aia TV / Karusel > Suriyada teror: 60 ölü, 90 yaralı

Suriyada teror: 60 ölü, 90 yaralı


12-12-2015, 13:15. Yazar: admin

Terrorçu-kamikadzelər şəhərin mərkəzində mazut çənini partladıblar.

Suriyanın şimal-şərqində Tell-Tamer şəhərində törədilən partlayışlar nəticəsində 60 nəfər ölüb, daha 90 nəfər xəsarət alıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə SANA agentliyi hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən xəbər verir.

Məlumata əsasən, belə çox insan itkisinə səbəb, terrorçu-kamikadzelərin şəhərin mərkəsində mazut çəninin partladması olub.

Daha bir partlayıcı şəkər daşıyan yük maşınına quraşdırılıb. Avtomobil ərzaq bazasına çatanda partladılıb.

Üçüncü partlayış isə Suk-əl-Cümə tərəvəz bazarında törədilib.

“Partlayış yerlərində 15 nəfər, daha 45 nəfər isə xəstəxanalarda ölüb. Ölənlərin əksəriyyəti qadındır”, - polisdən bildiriblər.

Terorr aktlarına görə məsuliyyəti İŞİD yaraqlıları öz üzərinə götürüblər.
Geri dön