Ana Sayfa > Karusel / Cəmiyyət > Ötən günün yol QƏZALARI - 1 nəfər ölüb, 6 nəfər yaralanıb

Ötən günün yol QƏZALARI - 1 nəfər ölüb, 6 nəfər yaralanıb


11-08-2018, 13:17. Yazar: sevinc1
Ötən günün yol QƏZALARI - 1 nəfər ölüb, 6 nəfər yaralanıb


2018-ci il avqust ayının 10-dan 11-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.



DİN mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 97 cinayət faktı qeydə alınıb, onların da 16-sı “isti izlər”lə açılıb.



Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

Bundan başqa, axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.



Məlumata görə, respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb.



Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.



aia.az
Geri dön