Ana Sayfa > Karusel / Dünya > Nazarbayev: “Xəzər dənizi ilə bağlı tarixi qərar veriləcək”

Nazarbayev: “Xəzər dənizi ilə bağlı tarixi qərar veriləcək”


11-08-2018, 13:16. Yazar: sevinc1
Nazarbayev: “Xəzər dənizi ilə bağlı tarixi qərar veriləcək”


Qazaxıstan prezidenti Nursultan Nazarbayev Xəzər dənizinin hüquq statusu ilə bağlı bütün detalların razılaşdırıldığını elan edib.



Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, avqustun 12-də məsələ ilə bağlı tarixi qərarım veriləcəyini açıqlayıb.



“Düşünürəm ki, bütün məsələlər razılaşdırılıb və sabah tarixi qərarın veriləcəyini gözləyirik. Bu hamımız üçün çox vacib məqamdır”.



Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Rusiya, İran, Azərbaycan, Türkmənistan və Qazaxıstan prezidentlərinin Xəzər dənizinin statusu ilə bağlı görüşü olacaq.

aia.az
Geri dön