Ana Sayfa > Parlament / Karusel > Qızını zorlayan ataya ağır cəza verildi
Qızını zorlayan ataya ağır cəza verildi1-07-2015, 14:15. Yazar: admin |
Bundan bezən qadın atasından polisə şikayət edib. Əfqanistanda ata doğma qızını on il ərzində zorlayırmış. ANS PRESS-in məlumatına görə, nəticədə qız atasından 2 uşaq dünyaya gətirib. Sonradan həyat tərzindən bezən qadın atasından polisə şikayət edib. Şikayət əsasında qızına təcavüz edən ata saxlanılıb. Uşaqlardan isə DNT analizləri götürülüb. Analizlərin nəticələrinə əsasən uşaqların babalarından olduğu müəyyənləşib. Məhkəmədə ifadə verən qadın atası ilə 10 ildən artıqdır ər-arvad kimi yaşadığını bildirib. Onun sözlərinə görə, atası məcburi qaydada onunla cinsi əlaqədə olurmuş. O, bir neçə dəfə abotr etdirdiyini də bildirib. "Atam məni demək olar ki, hər gün zorlayırdı. Əgər səsimi çıxartsam, mənim barəmdə polisə şikayət edəcəyi ilə hədələyirdi. İlk dəfə mənimlə 12 yaşımda cinsi münasibətdə oldu", - deyə qadın bildirib. Qeyd edək ki, Əfqanıstanda cinsi zorakılığa məruz qalan qadınlara əxlaqsız damğası vurularaq tez-tez həbsaxanaya salındığı üçün həmin qadın da səsini çıxara bilmiyib. Məhkəmədə hakimin “niyə bəs bu uşağı da abort etdirmədiz” sualına “bu mənim atamın zorakılığını sübut üçün tək şansım idi", deyə cavablandırıb. Hakim bütün dəlil və sübutları nəzərə alaraq, müttəhimə edam cəzası verib. Geri dön |