Ana Sayfa > Gündəm > Bakı aeroportunda problem - Yüzlərlə insan sərhəd-buraxılış məntəqəsindən keçə bilmir / Yenilənib

Bakı aeroportunda problem - Yüzlərlə insan sərhəd-buraxılış məntəqəsindən keçə bilmir / Yenilənib


10-08-2018, 15:47. Yazar: sevinc1
Bakı aeroportunda problem - Yüzlərlə insan sərhəd-buraxılış məntəqəsindən keçə bilmir / Yenilənib


Məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildirilib ki, hava limanının rabitə qovşağında aparılan profilaktik işlərlə əlaqədar vətəndaşların qeydiyyatı sisteminin fəaliyyətində 20 dəqiqəlik fasilə yaranıb.

Artıq sistemin fəaliyyəti bərpa olunub.

* * *

Təxminən, 40 dəqiqədir ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan Azərbaycana daxil olmaq istəyən yerli və xarici vətəndaşlar problemlə üzləşiblər.

BakuPost xəbər verir ki, sərnişlərin Report-a verdiyi məlumata görə, insanlar sərhəd-buraxılış məntəqəsindən keçə bilmirlər.

Buna səbəb aeroportda vətəndaşların qeydiyyatı üçün istifadə olunan proqram təminatının donmasıdır.

aia.az
Geri dön