Ana Sayfa > Karusel / Gündəm > İlqar Məmmədovun məhkəməsi təxirə salındı / YENİLƏNİB
İlqar Məmmədovun məhkəməsi təxirə salındı / YENİLƏNİB10-08-2018, 11:31. Yazar: sevinc1 |
İ.Məmmədovun cinayət işi üzrə məhkəmə iclası təxirə salınıb. aia.az Qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb dövlət ittihamçısının məhkəməyə gəlmədiyi bildirilib. Növbəti iclasına tarixi qeyri-müəyyən olaraq qalıb. Bu gün REAL Partiyasının həbsdəki sədri İlqar Məmmədovun məhkəməsidir. BakuPost Musavat.com-a istinadən xəbər verir ki, Şəki Apelyasiya Məhkəməsində proses 11:00-da başlayacaq. Məhkəməyə baxış iclası hakim Gündüz Abbasovun sədrliyi ilə keçiriləcək. Məlumat üçün bildirək ki, bu il iyunun 29-da Ali Məhkəmənin Plenumu İ.Məmmədov barəsində yeni qərar çıxararaq, kasasiya və apelyasiya instansiyalarının qərarlarını ləğv edib və işi yenidən Şəki Apelyasiya Məhkəməsinə qaytarıb. aia.az Geri dön |