Ana Sayfa > Karusel / Cəmiyyət > Bakıda silahlı insident: 1 ölü, 1 yaralı - FOTO

Bakıda silahlı insident: 1 ölü, 1 yaralı - FOTO


10-08-2018, 09:58. Yazar: sevinc1
Bakıda silahlı insident: 1 ölü, 1 yaralı - FOTO


Bakının Sabunçu rayonunda silahlı insident olub. Adalet.az "Report”a istinadən xəbər verir ki, Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində yerləşən "Naxçıvan" restoranında avtomat silahdan açılan atəş nəticəsində, ilkin məlumata görə, 1 nəfər ölüb, 1-i yaralanıb.

Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisə yerinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları və Daxili Qoşunların xüsusi təyinatlıları cəlb olunub.

Ərazidə polis postu qurulub, giriş-çıxış zamanı axtarış aparılır.

aia.az
Geri dön