Ana Sayfa > Manşet / Siyasət > Milli Məclis parlamentlərarası dostluq qruplarına yeni rəhbərlər seçəcək

Milli Məclis parlamentlərarası dostluq qruplarına yeni rəhbərlər seçəcək


10-08-2018, 09:57. Yazar: sevinc1
Milli Məclis parlamentlərarası dostluq qruplarına yeni rəhbərlər seçəcək


Milli Məclisin payız sessiyasında parlamentlərarası əlaqələr üzrə işçi qruplarına yeni rəhbərlər seçiləcək.

Modern.az-ınMilli Məclisdən əldə etdiyi məlumata görə, hazırda 5 parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri vəzifəsi boşdur.

Bunlar, Azərbaycan - Almaniya, Azərbaycan - Cibuti, Azərbaycan - Kanada, Azərbaycan – Türkmənistan və Azərbaycan – Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri vəzifəsidir.

Payız sessiyasında Milli Məclisin iclasında parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərinin seçilməsi məsələsinə baxılacaq. Və işçi qruplarına yeni rəhbərlər seçiləcək.

aia.az
Geri dön