Ana Sayfa > Manşet / Siyasət > Parlamentin payız sessiyasının ilk iclası bu dəfə fərqli tarixdə keçiriləcək
Parlamentin payız sessiyasının ilk iclası bu dəfə fərqli tarixdə keçiriləcək9-08-2018, 12:18. Yazar: sevinc1 |
Milli Məclisin payız sesssiyasının ilk iclasının vaxtı müəyyənləşib. Modern.az-ın parlamentdən əldə etdiyi məlumata görə, payız sessiyasının ilk plenar iclasının oktyabrın 1-də keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, Milli Məclisinin Daxili Nizamnaməsində göstərilib ki, Konstitusiyanın 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq parlament hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır. Sentyabrın 30-u istirahət gününə düşdüyündən iclas oktyabrın 1-də keçiriləcək. aia.az Geri dön |